Yol polisinə amansız hücum – VİDEO (18+)
Onun həmkarının həyatda qalması üçün həkimlər mübarizə aparırlar.
İnternetdə sərxoş sürücünün yol polisi müfəttişliyinin əməkdaşlarına amansız hücumunu əks etdirən video yerləşdirilib.
Oxu.Az LifeNews-a istinadən xəbər verir ki, hücum nəticəsində boynundan aldığı bıçaq yarasından bir polis həlak olub, digərinin həyatda qalması üçün həkimlər mübarizə aparırlar.
Daha öncə də xəbər verildiyi kimi polis əməkdaşları Altayın Xarlolove kəndində qeyri-adekvat sürücünün hücumuna məruz qalıblar.
Hüquq mühafizəçiləri sənədlərin yoxlanılması üçün “VAZ-2106” markalı avtomobili saxlayıb. Sürücünün sərxoş və silahlı olduğunu polislər ehtimal etməyib. Hücum nəticəsində yol polisi 33 yaşlı Aleksandr Lyamkin həlak olub.
Hal-hazırda müstəntiqlər patrul avtomobilinin video-qeydiyyatçısında olan videonu incələyirlər. Kadrlarda iki əməkdaş yol hərəkəti qaydalarının pozulmasına dair protokol tərtib edirlər. Bu zaman kişi əlini belinə atıb, onun üstündə ülgücü 30 santimetr olan ovçu bıçağı olub.
O bıçağı polis əməkdaşlarının gözləmədiyi anda çıxarır və Aleksandr Lyamkina, daha sonra onun həmkarı Roman Polnikova zərbələr endirir.
Mənbə:> Oxu.Az