Rusiyada azərbaycanlı narkobaronlara 60 il həbs – VİDEO
Rusiyanın Çusovsk məhkəməsi 500 kiloqramdan çox narkotik müsadirə olunması faktı üzrə bir qrup narkotacir barədə qərar qəbul edib.
Azvision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən ilin mart ayında hüquq-mühafizə orqanları əməkdaşları Perm və Çusov şəhərlərində narkotik ticarəti ilə məşğul olan şəxsləri tutub.
Narkotiklərin əsas anbarı cinayətkarların Çusov şəhərində kirayə götürdüyü evdə olub. Polislər evin çardağında içərisi marixuana ilə dolu, ümumi çəkisi təxminən 470 kiloqram olan 22 kisə, evin zirzəmisində isə 62 kiloqram həşiş aşkarlayıblar.
Aşkarlanan maddi sübutlar əsasında məhkəmə cinayətkarlar - Azərbaycan vətəndaşları A.Əliyev, E.Mehrəliyev və N.Şirinovu 20 il müddətinə azadlıqdan məhrum edib.
Həmyerlilərimiz cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkəcəklər.
Mənbə:> AzVision.az