İş adamının svarovski ilə bəzədilmiş lüks avtomobili » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

İş adamının svarovski ilə bəzədilmiş lüks avtomobili – FOTO

İş adamının svarovski ilə bəzədilmiş lüks avtomobili

Minskdə beynəlxalq axtarışda olan 45 yaşlı rusiyalı saxlanılıb. ANS PRESS-in məlumatına görə, saxlanılan şəxs ağır iqtisadi cinayətin törədilməsində ittiham edilir.

Məlum olub ki, saxlanılan Amur vilayətində "Vostoçnıy" kosmodromun inşa edilməsində iştirak edən inşaat təşkilatlarından birinin direktorudur. İstintaqın rəyinə görə, firma təxminən 4 milyon Rusiya rublu məbləğində əvvəlcədən ödənişi alıb. Lakin alınan məbləğ digər sahələrə xərclənib.

Göstərilən təşkilatın vəzifəli şəxsinə qarşı külli miqdarda dövlət vəsaitini mənimsəmə maddəsi ilə cinayət işi açılıb. Ancaq cinayət işinin fiqurantı Rusiya polisindən işçilərindən gizlənməyi bacarıb. O xüsüsi əməliyyat nəticəsində Minskdə yaxalanıb.

Hazırda saxlanılan şəxs nəzarət altındadır və onun ekstradisiyası haqqında məsələ həll edilir. Ancaq Rusiya sosial şəbəkələrin istifadəçilərini cinayətkarın özünün həbsi faktını deyil, onun saxlandığı "Mercedes" avtomobili daha çox maraqlandırıb. Onun Minskdə saxlandığı maşın tam olaraq "Svarovski" qaşları ilə bəzədilib.


İş adamının svarovski ilə bəzədilmiş lüks avtomobili
İş adamının svarovski ilə bəzədilmiş lüks avtomobili

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *