Hərbi liseyin müəllimi rüşvətdə ittiham edir, lisey isə təkzib... » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Hərbi liseyin müəllimi rüşvətdə ittiham edir, lisey isə təkzib...

Hərbi liseyin müəllimi rüşvətdə ittiham edir, lisey isə təkzib...


“Təməli ulu öndər tərəfindən qoyulmuş bir məktəbin adının rüşvətxorluqla, neqativ hallarla çəkilməsini istəmirdik. Elə buna görə də liseydə baş alıb gedən rüşvət və korrupsiya faktları barədə yuxarı instansiyalara müraciətlər etdik. Yazdığımız tənqidi məktublara görə isə işimizi itirməli olduq”.

Bunu virtualaz.org saytına açıqlamasında Bakı şəhəri, Səbayel rayonu, F.Nemanzadə küçəsi, ev 4A-da yaşayan və C.Naxçıvanski adına hərbi liseydə 35 il müəllim işləmiş Rauf Şəfiyev deyib.

Şikayətçinin sözlərinə görə, uzun illər həm özü, həm də həyat yoldaşı Zemfira Şəfiyeva liseydə dərs deyiblər, ömürlərinin yarıdan çoxunu sözügedən təhsil ocağına həsr ediblər. Bu il fevral ayının 27-də isə Şəfiyevlər işdən kənarlaşdırılıblar.

Hərbi liseyin müəllimi rüşvətdə ittiham edir, lisey isə təkzib...


“Liseydə NATO əməkdaşlığı dövründə, yəni 2006-cı ilə kimi hər hansı rüşvət və korrupsiya faktı olmayıb. Mirzə Almazov 2003-cü ildə liseyə rəis təyin edildi. Polkovnik rütbəsi ilə liseyə gələn Mirzə Almazov cəmi bir neçə aydan sonra general-leytenant hərbi rütbəsi aldı. 2005-ci ildə NATO ilə hərbi əməkdaşlıq dövrü başa çatdıqdan sonra türk hərbi müəllimləri müqavilə şərtlərinə əsasən işlərini başa çatdırıb liseydən getdilər. Türk hərbi müəllimləri gedəndən sonra liseydə başqa ab-hava yarandı. Bundan sonra rüşvət məktəbə ayaq açdı. Lisey rəhbərliyi kursantların aldığı 50 manata belə göz dikirdi. Hətta şəhid övladlarından belə rüşvət tələb olunurdu” - deyə R.Şəfiyev bildirib.

Tarix müəllimi R.Şəfiyevin dediyinə görə, liseydə kursantların test imtahanlarının nəticələri 3 dəfə dəyişdirilir, mobil telefonları əllərindən alınır, sonra pul müqabilində onlara qaytarılır.

Bütün bunlara narazılıq etdikdə isə Şəfiyevlərin dərs yükləri 24 saatdan 21 saata, daha sonra 12 saata endirilib. Bu da azmış kimi hər iki pedaqoq Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən azad olunur: “Bizi yalan danışmaqda ittiham etdilər, izahatımızı aldılar, üzümüzə durdular ki, belə bir şey yoxdur. İşi elə ustalıqla düzüb-qoşdular ki, məni yalançı çıxardılar. Guya böhtan atmışam, kursantlara qarşı belə bir hal baş verməyib. Bundan sonra liseyin rəisi Mirzə Almazovun təqibləri başlandı. İş o yerə çatdı ki, hətta xəstəxanaya düşdüm, əməliyyat olundum”.

Şikayətçinin sözlərinə görə, imtahan ərəfəsində 600 məzunun hər birindən 200 manat məbləğində pul yığılırmış: “Görün bu nə deməkdir?! Bütün Azərbaycan bunu bilir, bu faktların olması hamıya məlumdur. Mən bunları özümdən demirəm. Dəfələrlə yoxlamalar gəldi, xeyli neqativ fakt aşkarlandı. Tədris şöbəsinin rəisi, polkovnik-leytenant Ələkbər Ələkbərov və mayor Qabil Məmmədovun rütbələri endirildi, cəbhə bölgələrinə göndərildilər. Amma Mirzə Almazov bu şəxsləri bir neçə aydan sonra yenidən liseyə qaytardı və hərbi vəzifə verdi. Tədris şöbəsi rəisi Ələkbər Ələkbərov imtahanlarda kütləvi şəkildə pul yığırdı. Bununla əlaqədar Müdafiə Nazirliyinin Hüquq İdarəsinə şikayət etdim. Nəticədə Ələkbər Ələkbərov və Qabil Məmmədov liseydən uzaqlaşdırıldı. Bundan sonra Mirzə Almazov bizə qarşı təzyiqləri artırdı. Bu da onunla nəticələndi ki, həyat yoldaşımla məni işdən uzaqlaşdırdılar”.

R.Şəfiyev çox şeyləri açıb-ağartmaq istəmədiyini deyir: “Şəhid balasından pul yığılmaz, qaçqın balasından pul yığılmaz. Bu uşaqlar gəlib mənə ürəyini açırlarsa, “müəllim, mənim 150 manatım var, neyləyim” deyirlərsə, təbii ki, mən də qəti şəkildə kimsəyə pul verməmələrini məsləhət görürdüm. Kütləvi pul yığılma nə deməkdir? Çox şeyləri açıb-ağartmaq istəmirəm. Bu hal hələ də davam edir. Mobil telefon vasitəsilə testlərin cavabları ötürülür. Hərbi liseydə niyə belə hallar olmalıdır axı? Orada özünü dərsdə masaj elətdirən müəllimlər hələ də işləyirlər, bizi isə işdən çıxartdırırlar. Bu, çox ədalətsiz, qərəzli bir qərardır.

Liseydə rüşvətxorluq baş alıb gedir, haqqını tələb edənlərə təzyiq olunur. Cürbəcür vasitələrlə bizi təqibə məruz qoydular. Həyat yoldaşıma və mənə qarşı nəsə axtarıb tapmaq istəyirdilər. Amma heç nə tapa bilmirdilər. İşdən kənarlaşdırılmağımıza səbəb məhz rüşvət və korrupsiya faktları barədə MTN-ə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə, Prezident Administrasiyasına şikayət etməyimiz, korrupsiya faktlarını aşkarlamağımız olub. Amma bizi ittiham edirlər ki, guya əmək funksiyalarını yerinə yetirə bilməmişik. Əmək funksiyalarını yerinə yetirə bilməyən müəllimlərin fəxri fərmanlarına diqqət edin (fəxri fərmanları göstərir-red.). Yoldaşım əməkdar müəllimə adı alacaqdı. Mirzə Almazov buna da imkan vermədi”.



R.Şəfiyev lazımi instansiyalardan bu işin dərindən araşdırılmasını, həyat yoldaşını və onu liseyə qaytarılmasını xahiş edir: “Bir ailədən iki veteran müəllimin bu çətin zamanda pulsuz-parasız, dərmansız qalmasına izn vermək olmaz. Əks halda intihar etməyə məcbur qalacağıq. Amma öncədən mətbuat konfransı keçirəcəyik və hər şeyi bəyan edəcəyik. Bu qədər mənfi cəhətləri olanlar işləyir, bizi isə sözün düzünü söylədiyimizə görə qovurlar”.

R.Şəfiyev işə bərpa olunmaları, onlara dəymiş maddi və mənəvi ziyanla bağlı lisey rəhbərliyinə qarşı mülki qaydada iddia qaldırdıqlarını deyib. Mayın 27-də Xətai Rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.

Şəfiyevlər ölkə başçısına müraciət ünvanlayıblar: “Cənab Ali Baş Komandan! Biz sizə inanırıq və dövlətimizin bizi müdafiə edəcəyinə əminik”.

Səsləndirilən fikirlərlə bağlı C.Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyi ilə əlaqə saxladıq.

C.Naxçıvanski adına Hərbi Liseyin tədris işləri üzrə müavini, polkovnik Məhəmməd Rzayev virtualaz.org saytına açıqlamasında Şəfiyevlərin dediklərini təkzib etdi: “Hamısı şər-böhtandır. Prokurorluq, Müdafiə Nazirliyi tərəfindən liseydə yoxlamalar aparılıb, Şəfiyevlərin göstərdikləri faktlar öz təsdiqini tapmayıb, heç bir neqativ hal aşkar olunmayıb. Şəfiyevlər işdə yol verdikləri nöqsanlara görə liseydən uzaqlaşdırılıblar. Ehtiyatda olan zabitlər Ələkbər Ələkbərov və Qabil Məmmədov isə ötən ilin oktyabr ayında öz

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *