Boğulmuş meyiti tapılan müğənninin qatili danışdı – FOTO
Türkiyədə bir neçə gün əvvəl evində ölü halda aşkar edilən gənc müğənninin qatili saxlanılaraq dindirilib.
ANS PRESS-in məlumatına görə, öldürülən müğənni Deyer Denizin qatili polislərin evin yaxınlığındakı təhlükəsizlik kameralarını yoxlamasından sonra müəyyən edilib.
Aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində qatili saxlamaq mümkün olub.
Əvvəllər də narkotik maddə daşımaq və oğurluq etmək kimi cinayət əməllərinə görə saxlanılan C.M. adlı qatil polisə verdiyi izahatda bunları bildirib: “Hadisə günü oğurluq etmək məqsədilə evə girdim. Mən içəridə olarkən ev sahibi yatırdı, səslərə oyandığını gördüm və panikaya qapılaraq onu boğub öldürdüm. Evdəki klarnet və mobil telefonunu götürərək qaçdım. Oğurladığım əşyaları isə daha sonra mağazalardan birinə satdım”.
Mənbə:> ANSPRESS