Oğru gürcü qızı Gəncədə saxlanıldı – VİDEO
Gəncədə oğurluq edən əcnəbilərdən ibarət dəstə üzvləri ələ keçib.
ANS TV-nin məlumatına görə, Gürcüstan vətəndaşları 42 yaşlı Qriqoli Nuroşvilli, 22 yaşlı Nina Bubueşvilli və 29 yaşlı Qvantsa Sulanadze polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Dəstə üzvləri mart ayının əvvəlindən etibarən Gəncə şəhəri, Nizami küçəsi, bina 80-də kirayədə yaşamaqla cinayət əməllərini həyata keçirməyə başlayıblar.
Bu müddət ərzində onlar şəhərin müxtəlif ərazilərində 6 mənzildən təxminən 55 min manat dəyərində qızıl-zinət və digər qiymətli əşyaları oğurlamaqda təqsirləndirilir.
“Gürcüstan vətəndaşlar Gəncə şəhərində mart ayı ərzində 3 oğurluq hadisəsi törədiblər. Hadisə zaman onlar sakinlərin xeyli miqdarda əmlaklarını talayıblar. Bundan başqa daha 3 mənzilə də qanunsuz daxil olmağa cəhd göstəriblər”, – Gəncə şəhər polis şöbəsinin müstəntiqi Vəli Zeynalov bldirib.
İstintaq yolu ilə müəyyən edilib ki, əvvəllər 16 il məhkumluq həyatı yaşayan Qriqori Nuroşvillinin rəhbərlik etdiyi dəstə, Bakıda da oğurluq törədib. Məqsəd isə asan yolla pul qazanmaq olub.
Saxlanılan şəxs Qriqoli Nuroşvilli deyib ki, Gəncəyə mart ayında gəldik: “Bir müddət şəhəri gəzib müəyən yerlərlə tanış olduq. Sonra isə oğurluqlara başladıq. Əldə olunan qızılları isə Gürcüstanda satdıq”.
Bütün oğurluq faktları ilə bağlı araşdırmalar davam etdirilir.
Mənbə:> ANSPRESS