Gecə saatlarında məsciddə mollanı tapmayan sərxoş oranı yandırdı
Başqırdıstanda məscidi yandırmaqda şübhəli bilinən kişi saxlanılıb. Hadisə noyabrın 3-dən 4-nə keçən gecə baş verib.
UFA1.RU bildirir ki, 39 yaşlı kişi gecə saatlarında məscidə girərək molla axtarırmış.
Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan kişi günahını boynuna alıb. Onun sözlərinə görə, həmin gecə sərxoş imiş.
Başqırdıstan Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir:
“Kişi məscidin yanından keçərkən qapılarının açıq olduğunu görür. Yarımqaranlıq məkanda din xadimini axtaran kişi kibrit yandırır. Lakin heç kimi tapa bilmədiyi üçün kibriti yerə ataraq oranı tərk edir”.
Tezliklə hadisə yerinə 6 yanğınsöndürən maşın gəlib və yanğını söndürüb.
Polisin məlumatında saxlanılan şəxsin səmimi peşmanlıq yaşadığı bildirilir. Hazırda dəyən ziyanın məbləği hesablanır.
Mənbə:> Oxu.Az