Sumqayıtda gənc özünü dənizə atdı
Sumqayıtda intihar hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, Yardımlı rayon sakini, 1992-ci il təvəllüdlü Vəlişov Səyavuş Abdul oğlu Sumqayıtda bulvar ərazisində intihar edib.
Səyavuş Vəlişov ötən gecə telefonunu daşın üzərinə qoyaraq özünü dənizə atıb.
Onun meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Mənbə:> Oxu.Az