Rusiyada üzərində “şəhid kəməri” gəzdirən şəxslərin saxlanılması yalan çıxdı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Rusiyada üzərində “şəhid kəməri” gəzdirən şəxslərin saxlanılması yalan çıxdı

Rusiyada üzərində “şəhid kəməri” gəzdirən şəxslərin saxlanılması yalan çıxdı


Rusiyanın Surqut şəhərində üzərində “şəhid kəməri” olan terrorçu-kamikadzelərin saxlanılması ilə bağlı xəbər yalan çıxıb.

Lenta.ru saytının məlumatına görə, saxlanılan şəxslər “Yeqova şahidləri” təşkilatının üzvləri olub.

Rusiya İstintaq Komitəsinin vilayət üzrə idarəsindən bildiriblər ki, əməliyyat zamanı təşkilatın ən fəal üzvləri tutulub.

Sekta üzvləri insanları ailələri və qohumları ilə əlaqəni kəsməyə çağırıblar. Yaxın zamanlarda onlara qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürüləcək.

Xatırladaq ki, bu günlərdə Surqut şəhərində üzərində “şəhid kəməri” və silah olar terrorçu-kamikadzelərin saxlanılmasını əks etdirən video yayılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *