55 bıçaq zərbəsi ilə öldürülən Qənirənin cəsədi Azərbaycana göndərildi
Türkiyədə sevgilisi tərəfindən 55 bıçaq zərbəsi ilə öldürülən 24 yaşlı Qənirə Cabbarovanın cəsədi dəfn olunması üçün Azərbaycana göndərilib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, onun doğulduğu Gəncə şəhərində torpağa tapşırılacağı bildirilib.
Xatırladaq ki, yanvarın 3-də Qənirə 24 yaşlı sevgilisi Halil Acar ilə birlikdə Burdurun Karamanlı rayonundakı gecə klublarından birində əyləndikdən sonra evə getmək üçün taksiyə oturub.
Cütlük taksidə mübahisə edib və Tefenni-Çavdır avtomagistralında taksidən düşüblər. Bir müddət sonra davaya çevrilən mübahisə zamanı Halil sevgilisinə 55 bıçaq zərbəsi vurub. Halil Acar qəsdən adam öldürmə maddəsi ilə ittiham edilərək, həbs olunub.
Mənbə:> Oxu.Az