Bir gündə üç evi soydu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto

Bir gündə üç evi soydu – FOTO

Bir gündə üç evi soydu


Balaxanıda bir gündə üç evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Sabunçu rayon sakini Vilayət Hüseynov dekabrın 26-da rayon polis idarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin Balaxanı qəsəbəsində yerləşən mənzilinin pəncərəsini sındıraraq içəri daxil olduğunu və bir ədəd “Samsung” markalı televizor, həmçinin, 300 manat pulunu oğurladığını bildirib.

Eyni tarixdə həmin qəsəbədə yaşayan daha iki ev sahibi mənzillərindən televizor, məişət əşyaları və 1000 manat pulun oğurlandığı barədə Şöbəyə şikayət ərizəsi təqdim ediblər.

12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb, hadisə yerlərinə baxış keçirilib və qeyd edilən hər üç oğurluq hadisəsinin eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib. Əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Nurlan Cəfərov saxlanılıb. O, ifadəsində qeyd edilən cinayətləri törətdiyini etiraf edib.

Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Bir gündə üç evi soydu
Bir gündə üç evi soydu
Bir gündə üç evi soydu
Bir gündə üç evi soydu
Bir gündə üç evi soydu
Bir gündə üç evi soydu
Bir gündə üç evi soydu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *