İraq gözəlini ölümlə hədələdilər – FOTO
“Miss İraq” titulunun sabiq sahibi Şima Kassem naməlum şəxslərin onu təhdid etdiyini açıqlayıb. Təhdidlər “Miss Bağdad” yarışmasının salibi Taru Faresin qətlindən sonra gəlməyə başlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “BBC News” məlumat yayıb.
Sentyabrın 30-u Kassem video-müraciət yayımlayaraq, göz yaşları içində bu məlumatı çatdırıb. Ona gələn məktublarda “Sən növbətisən” ifadələri yer alıb.
Qadınların hüquqlarını müdafiə edən “Əl-Amal” qrupunun yaradıcısı Xana Edvar bildirib ki, bu, təkcə gözəllik sahəsində çalışan iraqlılara deyil, bütün ictimaiyyətə təhdiddir.
Xatırladaq ki, Taru Fares sentyabrın 27-də Tehranda güllələnib.
Mənbə:> Oxu.Az