İnsan alverinə görə axtarışda olan 26 yaşlı qadın tutuldu
Polis axtarışda olan şəxsi tutub.
Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan Hüseynova Günel Bəylər qızı DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. Günahı sübuta yetiriləcəyi təqdirdə onu 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, G.Hüseynova 1992-ci ildə Daşkəsən rayonunda anadan olub. Gəncə şəhər sakinidir.
Mənbə:> Report