Bakıda şok hadisə - Polis ehtiyatsızlıqdan özünü güllələdi
Bu gün Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib.
AzNews.info-nun ölkə.az-a istinadən xəbərinə görə, DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, Nəsimi RPİ-nin əməkdaşı ona təhkim olunan silahdan ehtiyatsız davrandığına görə özünə xəsarət yetirib. Hazırda onun müalicəsi davam edir.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
15:37
Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib.
AzNews.info-nun ölkə.az-a istinadən xəbərinə görə, polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.
İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Mənbə:> Ölkə.Az