Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Video

Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı – VİDEO

Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı

Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, bu sözləri APA TV-yə, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb.

Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Namiq Həsənov arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: Sfera.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *