Daşkəsəndə ər arvadını və qayınatasını bıçaqlayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Daşkəsəndə ər arvadını və qayınatasını bıçaqlayıb

Daşkəsəndə ər arvadını və qayınatasını bıçaqlayıb


AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü İbrahim Teyyubəliyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə, qızı 1979-cu il təvəllüdlü Mərizə Kərimova isə qol nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Onlar dərhal əməliyyat edilib. Məlumata görə, hadisə rayonun Bayan kəndində qeydə alınıb. Mübariz adlı şəxs ailə münaqişəsi zəminində qayınatası İ. Teyyubəliyev və həyat yoldaşı M. Kərimovanı bıçaqlayıb. Hadisədən sonra özünə də müxtəlif dərəcəli xəsarətlər yetirən Mübariz adlı kürəkən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *