Ötən gün cinayət törətdikləri ehtimal olunan 30 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi aprel ayının 25-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.
Virtualaz.org xəbər verir ki, məlumatda ötən gün ərzində respublikada daxili işlər orqanları tərəfindən gün ərzində 86 cinayət faktı qeydə alındığı, onların 22-si “isti izlər”lə açıldığı bildirilir. Həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Gün ərzində cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.
Mənbə:> Virtualaz.org