17 yaşlı baldızını zorladı - Paltarımı çıxardıb, bədənimi öpməyə başladı
Bacısının əri 17 yaşlı qızı anasının gözü önündə zorlayıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, gənc qız "paltarlarımı zorla çıxarıb, bədənimi öpməyə başladı. İcazə verməyincə, anam məni dəmirlə döydü" deyərək ikisindən də polisə şikayət edib.
Türkiyənin Tekirdağ vilayətinin Ergene qəsəbəsində, Coşkun Ş. ayrıldığı arvadının bacısı C.K.-ya (17) təcavüz etdiyi iddiası ilə həbs edilib. Qızın anası icbari cəza alaraq sərbəst buraxılsa da, çarəsiz qız C.K. isə dövlət himayəsinə verilib.
C.K.-nın ifadəsi:
"Anam əsəbləşəndə məni döyərdi. Niyəsin bilməzdim. Bir gün yenə işdən gəldim. Evdə yenə anam və bacımın keçmiş həyat yoldaşı Coşkun var idi. Mən də divanın üstündə oturdum. Coşkun yanıma gəldi və məni qucaqladı. Mən icazə vermədim. Boynumdan vurdu. Yerə yıxıldım. Paltarlarımı zorla çıxartdı. Anam otaqda olsa da heç nə etmədi. Bədənimi öpməyə başladı. Güclə qaçdım. Anam arxamca gəldi, əlindəki dəmir parçası ilə "Niyə belə etdin?" deyərək məni vurmağa başladı.
Mənbə:> Milli.Az