Pulu bitən ata övladını satışa çıxarıb
Çində 22 yaşlı ata iki övladına baxa bilmədiyi üçün 15 aylıq oğlunu internet üzərindən satışa çıxarır.
Oxu.Az-ın Hurriyet-ə istinadla verdiyi xəbərə görə, ata iki uşağına baxmaqdan yorulduğunu bildirərək qəzəbindən oğlunu satışa çıxarmağa qərar verir. Lakin onun bu istəyi həyata keçmir. Belə ki, baba nəvələrinin birinin evdə olmadığını bilən kimi polisə müraciət edir.
Polis tez bir zamanda nəvəni taparaq babaya verir. Ata və uşağı satın alan ailə isə uşaq qaçaqmalçılığdan hakim qarşısına çıxmalı olacaq.
Mənbə:> Oxu.Az