Müğənni Damlanın “YouTube” kanalı silindi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Maqazin

Müğənni Damlanın “YouTube” kanalı silindi

Müğənni Damlanın “YouTube” kanalı silindi


Azərbaycanın tanınmış ifaçısı Damlanın “Youtube” kanalı silinib.

Oxu.Az xəbər verir ki, ifaçı bu işdə güvəndiyi, “Youtube”a aid bütün işlərini həvalə etdiyi Rafiz Cəfərzadəni günahlandırır.

Bundan əlavə ifaçı iddia edir ki, Rafiz ona verilən etibarnamədən sui-istifadə edib, çünki ifaçı ona rəsmi qaydada etibarnamə verib.

“Bəli, Rafiz Cəfərzadə mənim rəsmi “Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu olsun.

Bir neçə gün öncə dedim ki, Rafiz “Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.

Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi.

Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.

Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı 35 milyondan çox idi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *