Ermənilər meyitləri soymağa başladılar
Ermənistandakı ağır vəziyyət artıq ölülərə də təsir etməyə başlayıb. Belə ki, İrəvanda meyiti soyan tibb bacısı yaxalanıb.
ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Ruzanna adlı feldşer briqadasının üzvü ölən qadının sırğaları və üzüyünü oğurlamaqda ittiham edilir.
Hadisə ötən ilin sentyabr ayında baş verib. Mənzildə qadın meyiti olması barədə çağırışdan sonra qadın təcili yardım maşını ilə hadisə yerinə yollanıb.
O, evdə olan meyitin qulağındakı sırğalar və barmağındakı üzüyü heç kimə xəbər vermədən götürüb.
Əməlinin üstü açılan qadına cinayət işi açılıb. Ona şəhərdən çıxamamaq haqda tapşırıq verilib.
Mənbə:> ANSPRESS