Şok! Təcavüzçü özünü həyasızcasına müdafiə etdi
Hindistanın Yeni Dehli əyalətində zorladığı tələbə qızı öldürən cinayətkar barədə məhkəmə qərar verib.
ANS PRESS-in məlumatına görə, yerli məhkəmə 28 yaşlı Mukeş Sinq barədə edam qərarı verib.
Məhkumun özünü müdafiə məqsədi ilə dediyi sözlər isə hamının qanını dondurub. Sinq bütün günahın zorlanan və qətlə yetirilən qızda olduğunu idda edib.
Cinayətkar zərərçəkmişin, gecə bayıra çıxmasaydı zorlanmayacağını, zorlama zamanı isə etiraz etməsəydi öldürülməyəcəyini deyib.
“Bir əllə səs çıxarmaq olmaz. Alqış üçün ikinci bir ələ də ehtiyac var. Tərbiyəli qız gecə saat 9-da bayıra çıxmaz. Ortada bir zorlama hadisəsi varsa, qız oğlandan daha çox məsuliyyət daşıyır. Əgər mənə qarşı çıxmasaydı onu öldürməyəcəkdim”.
Qeyd edək ki, məhkəmə başlamadan aksiya keçirən yerlilər təcavüzçünün edam olunmasını tələb etmişdilər.
Mənbə:> ANSPRESS