Yerevanda bilyard klubunda kişi qızı girov götürüb
Ermənistan paytaxtı Yerevanın Erebuni rayonunda bilyard klublarından birində kişi qızı girov götürüb.
AzNews.info Report-а istinadən xəbər verir ki, hadisə "Weekend" bilyard klubunda baş verib.
Polis snayperi cinayətkarı zərərsizləşdirib, sonradan o, xəstəxanada keçinib.
Bəzi məlumatlara görə, girov götürülmüş qız xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə yerində polis əməkdaşları çalışırlar.
Mənbə:> Report