Paytaxtda mənzildə meyit tapılıb
Nəsimi rayonunda mənzildə meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1949-cu il təvəllüdlü Qədirov Ramiz Əlixan oğlunun cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.
Əməliyyat ötən gün saat 21:03-də başa çatıb.
Mənbə:> Oxu.Az