"Bandotdel" Bakıda bu şirkətin üç işçisini tutdu
Bu gün günorta saatlarında Daxili İşlər Nazirliyi şirkət əməkdaşlarını saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, saat 17 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyatçıları Nərimanov rayonunda yerləşən "Azpilot" LLC-nin hələlik adı açıqlanmayan 3 əməkdaşını saxlayıblar.
İlkin məlumata görə, həmin şəxslər saxta sənəd düzəltmədə və dələduzluqda ittiham edilirlər.
Qeyd edək ki, "Azpilot" LLC gəmiçilik və dənizçilik sahəsində fəaliyyət göstərir.
Mənbə:> Qafqazinfo.az