Dortmundda partlayış, “Borussiya” – “Monako” matçı təxirə salındı
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” – “Monako” oyunu təxirə salınıb.
AzNews.info-nun Apasport.az-a istinadən məlumatına görə, buna səbəb alman klubunun avtobusunun dayandığı yerin yaxınlığında bomba partlamasıdır.
Yerli hüquq-mühafizə orqanları insidenti təsdiqləyiblər.
“BBC”nin məlumatına əsasən, hadisə zamanı “Borussiya”nın müdafiəçisi Mark Bartra xəsarət alıb. İspan futbolçu artıq xəstəxanaya aparılıb.
Artıq klubdan bununla bağlı rəsmi açıqlama da verilib:
“Futbolçular təhlükəsiz ərazidədirlər. Xahiş edirik sakitliyinizi qoruyasınız. Hazırda stadionda təhlükəsizlik xidmətinin əməkdaşları var. Daha sonra əlavə məlumatlar veriləcək”.
Matç təxirə salınıb və sabah saat 20:45-da oynanılacaq.
Mənbə:> Apasport