Azərbaycanda ailə dramı: gəlini hər gün döydülər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanda ailə dramı: gəlini hər gün döydülər

Azərbaycanda ailə dramı: gəlini hər gün döydülər


Dünən "Təmiz dünya” QHT-nin sığınacağına ailəsində şiddət görən 40 yaşlı qadın yerləşdirilib.

RePost.Az-ın məlumatına görə, 5 yaşında övladlığa verilən Sədaqət Əliyeva (ad-soyad şərtidir) 30 yaşında ailə qurub. Yeni ailəsində isə ağır şiddətə məruz qalıb. Belə ki, S.Əliyeva gəlin getdiyi evdə nəinki həyat yoldaşı, hətta qayınatası, qayınanası, baldızı və qaynı tərəfindən dəfələrlə vəhşicəsinə döyülüb.

Sonda isə onu himayəyə götürmüş ailəyə geri qaytarılıb. Onu böyüdən qadın rəhmətə getdikdən sonra isə S. Əliyevanın qara günləri təkrar başlayıb. Bu dəfə onu ögey atasının başqa qadından olan övladları döyməyə başlayıb.

Bütün bunların ardından Sədaqət xanım sığınacağa üz tutub. Hazırda sığınacaqda etibarlı yerdədir.

Mənbə: Repost.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *