Bakıda ər 18 yaşlı arvadını polisə verdi » AzNews.info -Xəbər portalı

Bakıda ər 18 yaşlı arvadını polisə verdi

Bakıda ər 18 yaşlı arvadını polisə verdi


Bakıda 18 yaşlı qadın ərindən böyük zərbə alıb.

Onu özündən 25 yaş böyük olan əri polisə verib.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Sevinc Əliyeva ağlagəlməz halla üzləşib. O, birliyə müraciət edərək 43 yaşlı əri Mehman Həsənovun evdən pul və qızıl-zinyət əşyalları oğurlanması ilə bağlı ona böhtan atdığını bildirib. Hal-hazırda Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində M.Həsənovun ərizəsi əsasında təhqiqat aparılır.

S.Əliyeva müraciətdində qeyd edib ki, 2007-ci ildə M.Həsənovla rəsmi nikah bağlamadan ailə kimi yaşayıb. M.Həsənovun valideynləri rayonda onlarla qonşu olub. Mehman birinci ailəsindən boşanandan sonra onunla ar-arvad olaraq Bakı şəhəri Ə.Ələsgərov küçəsi, ev 1054, mənzil 138 ünvanında bir yerdə yaşayıblar. Yaşadıqları bu illər ərzində S.Əliyeva ona qarşı dözülməz hərəkətlərə tab gətirməyərək valideynlərinin yanına gedib, lakin hər dəfə Mehman ona hədə-qorxu gələrək məcburən geri qaytarıb. Onun şiddətə məruz qalaraq evdən getməsi 4 dəfə təkrar olunub. Yenidən evə gətirilən S.Əliyevanı əri polisə müraciət edəcəyi halda "evimdən pul oğurlayıb qaçmısan" deyərək ona şər atacağı ilə daima qorxu içərisində yaşadıb.

Ər təzyiqindən əziyyət çəkən qadın bildirib ki, 17.05.2016-cı il tarixində M.Həsənovun növbəti işgəncələrinə dözməyib evi tərk edərək valideynlərinin yanına gəlib. M.Həsənov onu yenidən geri qaytarmağı və itaətdə olmağı tələb edib. Bu əmrini yernə yetirib geri dönməyəcəyi halda "evimdən pul oğurluq edib qaçmısan" ərizəsi ilə polisə müraciət edəcəyi ilə hədələyib. Mehman artıq Sevincin yenidən evinə dönməcəyini görüb, iyunun 17-də polisə müraciət edib. Şikayət ərizəsində göstərib ki, guya onun evdən 4000 manat, 5000 ABŞ dolları və 5000 manat dəyərində qızı-zinyət əşyalarını S.Əliyeva oğurlayıb.

S.Əliyeva bütünü bunların M.Həsənov tərəfindən ona qarşı qurulmuş şər-böhtan olduğunu deyib. O, heç bir oğurluq etmədiyini və bu halın tam obyektiv araşdırılmasında ona köməklik edilməsini xahiş edib.

Mənbə: Criminal.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *