Rusiyada təhlükəli azərbaycanlı cinayətkar axtarılır
Rusiyanın Ryazan vilayətində təhlükəli cinayətkar Məmmədov Vüsal Nizami oğlu axtarılır.
Oxu.Az rzn.info-ya istinadən məlumat verir ki, 31 yaşlı azərbaycanlı qətl törətməkdə şübhəli bilinir.
İlkin araşdırma zamanı məlum olub ki, Nizami Məmmədov 2016-cı ilin noyabrın 12-də Murmanskda yaşayış yerini naməlum istiqamətdə tərk edib.
Rusiya polisi onun yeri barədə hər hansı bir məlumatı olanlardan hüquq-müahfizə orqanları ilə əlaqə saxlamağı xahiş edib.
Mənbə:> Oxu.Az