Keçmiş nazirdən istintaqda 6.8 milyon manat alıblar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Keçmiş nazirdən istintaqda 6.8 milyon manat alıblar – SENSASION FAKT

Keçmiş nazirdən istintaqda 6.8 milyon manat alıblar

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov və Bəylər Məmişov vəsatətlərlə çıxış ediblər. C.Yusifov bildirib ki, Vidadi Zeynalova iki şirkətlə bağlı 4 milyon manatdan çox ittiham verilib. Vəkil həmin ittihamın cinayət işindən xaric edilməsini və müvəkkilinin barəsində seçilmiş həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vəkil Bəylər Məmişov bildirib ki, istintaq orqanı Vidadi Zeynalovun 1942-ci ildə tikilən ata evinə, ailə üzvlərinə və qohumlarına məxsus mülklərin də üzərinə də həbs qoyulub: "Vidadi Zeynalovun bacılarının müstəqil ailələri var, onların əmlaklarının üzərinə həbs qoyulması qanunsuzdur. Buna görə də, həmin əmlakların üzərindən həbs qərarının götürülməsini xahiş edirik".

Keçmiş nazirdən istintaqda 6.8 milyon manat alıblar


Bəylər Məmişov bildirib ki, ibtidai istintaq zamanı mühüm şahidlər dindirilib: "Həmin şahidlər arasında rabitə və yüksək texnologiyalar naziri olmuş Əli Abbasov və onun müavini Iltimas Məmmədov ifadə veriblər. Hər iki şahidin ifadəsinə cinayət işində istinad olunsa da, onların adları məhkəməyə çağırılan şahidlərin siyahısına əlavə edilməyib. Eyni zamanda, qeyd edilib ki, Əli Abbasov tərəfindın ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min ABŞ dolları (hazırkı məzənnə ilə cəmi 6 milyon 800 min manat) ödəniş aparılıb. Qeyd olunan məbləğin hansı səbəbdən ödənilməsi, Əli Abbasovun hazırkı cinayət işi üzrə özünü hansı ittihamla təqsirli bilərək vurulmuş hesab etdiyi maddi ziyanı ödəməsi, o cümlədən həmin şahidlərin ifadələrində göstərilən xüsusatlar təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlarla bağlı əhəmiyyət kəsb edən halları əks etdirdiyindən, eyni zamanda, onların ifadələrində təqsirləndirilən şəxslərin ünvanına ittihamedici xüsusatlar öz əksini tapdığından onların məhkəməyə çağırılıb, dindirilməsi vacibdir".

Daha sonra Anar Mustafayevin vəkili Gülşən Salmanova müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmçinin Anar Mustafayevin vəkili cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Vəkil qeyd edib ki, istintaq zamanı müdafiə etdiyi şəxsin hüquqları kobud şəkildə pozulub: "Bu məsələ məhkəmədə araşdlrıla bilməz. Buna görə də, işin dayandırılmasını, müdafiə hüququnun bərpa edilməsi üçün cinayət işi prokurorluğa qaytarılmasını xahiş edirik".

Namazalı Məmmədovun vəkili Könül Əliyeva bildirib ki, müdafiə etdiyi şəxsin barəsində həbs qərarı düzgün seçilməyib. O, Namazalı Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib.

Proses günün ikinci yarısı davam edəcək.

Keçmiş nazirdən istintaqda 6.8 milyon manat alıblar


Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *