Bakıda qardaşın üzərinə silah çəkib bacısını aparmaq istədilər
Bakıda silahlı hücum olub.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb.
Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus “Lada Kalina” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən “Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib.
Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.
Mənbə:> APA