Astara sakini 1 kiloqram heroinlə tutuldu
Astara rayon sakini narkotik vasitə satarkən saxlanılıb.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Zəngilan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonunun Göyşaban kəndində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram heroini və 400 qram tiryəki satarkən tutulub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az