Şabran sakinindən 5 kq narkotik götürülüb
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Həsənovdan 5 kiloqram 100 qram marixuana götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.Az