Türkiyədə ərini öldürən qadın özünə bəraət qazandırdı
Türkiyədə 60 yaşlı O.Səmra 75 yaşlı əri O.Rəcəbə 15 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Oxu.Az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, Ordu vilayətinin Altınordu rayonunda münaqişə zamanı ərini öldürən qadın məhkəməyə gedərkən bildirib:
“Həmişə ərlər arvadlarını öldürürlər, qoy bu dəfə də arvad ərini öldürsün”.
Məhkəmə, həmçinin qadına ərini öldürməkdə yardım edən 19 yaşlı qızının həbsinə dair qərar çıxarıb.
Mənbə:> Oxu.Az