Hyustonun qızının ərini onu zəhərləməkdə ittiham edirlər
Bu yaxınlarda dünyasını dəyişmiş Uitni Hyustonun qızı Bobbi Kristina Braunun məhkəmə tərəfindən təyin olunmuş qəyyumu Bedeliya Xarqruv Bobbinin həyat yoldaşı Nik Qordonu onu öldürməkdə ittiham edir. Bu barədə Reuters məlumat yayıb.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, hələ Bobbi Kristinanın vəfatından öncə Xarqruv Qordona qarşı iddia qaldırıb. O, Qordonu qıza hücumda, xəsarətlər yetirməkdə və psixi sağlamlığa qəsdən zərər yetirməkdə günahlandırıb. O Qordonu həmçinin Bobbi komada olarkən onun hesabından pul oğurlamqda ittiham edib.
Xarqruv yeni ittihamında iddia edir ki, Qordon mübahisədən sonra Bobbi Kristinaya zəhərli kokteyl verib, qız huşunu itirib və Qordon onu vannada soyuq suda üzü üstə uzandırıb.
Mənbə:> Oxu.Az