Azərbaycanda tanınmış alimə qarşı 120 minlik dələduzluq
Azərbaycanda tanınmış alimə qarşı dələduzluq edilib.
AzNews.info xəbər verir ki, bu barədə APA-ya Nərimanov rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, mayın 10-da rayon Polis İdarəsinə Bakı şəhər sakini, 1943-cü il təvəllüdlü Adil Salah oğlu Təhməzova qarşı külli miqdarda dələduzluq edilməsi ilə bağlı şikayət ərizəsi daxil olub.
Şikayət ərizəsinə görə, Suliddin və Hakim adlı şəxslər A.Təhməzovun etibarından sui-istifadə edərək onu aldadıb 120 min manat pulunu alıblar.
Daxil olan şikayət ərizəsi əsasında araşdırmalara başlanıb.
Qeyd edək ki, pulu mənimsənildiyi bildirilən A.Təhməzov Azərbaycanın tanınmış riyaziyyatçı alimidir.
Mənbə:> APA