Donesk vilayətində azərbaycanlı saxlanıldı
Donesk vilayətinin hüquq-mühafizəçiləri 9 döyüşçünü saxlayıblar, onlardan biri azərbaycanlıdır.
Oxu.Az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Facebook-da Ukrayna milli polisin vilayət idarəsinin rəisi Vyaçeslav Abroskin məlumat yayıb.
Onun sözlərinə görə, saxlanılan şəxslərdən biri 1973-cü il təvəllüdlü Kramatorsk sakinidir, həmin qadın “DXR” döyüşçülərinin qidasına, eləcə də Slavaynask və Doneskdə humanitar yardımın paylanmasına cavabdeh idi.
Saxlanılanların arasında 1957, 1976, 1979, 1991-ci il təvəllüdlü, eləcə də iki nəfər 1989-cu il təvəllüdlü və iki nəfər 1980-ci il təvəllüdlü şəxslər var. Saxlanılan şəxslər Mariupol, Krasnoarmeysk, Avdyevka, Marinki, Volnovaxi, Baxmutski və Velikonovoselkovski rayonlarının yerli sakinləri, eləcə də bir nəfər Nikolayevkada yaşayan Azərbaycan vətəndaşıdır.
Mənbə:> Oxu.Az