İlhamənin oğlu həbs xəbərindən danışdı
Hər şey qaydasındadır.
Bu sözləri Ölkə.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov səsləndirib:
"İndi mən də xəbəri eşitdim ki, guya həbs olunmuşam. Gördüyünüz kimi telefonuma özüm cavab verirəmsə, deməli hər şey qaydasındadır".
İlhamə Quliyevanın oğlu Orxan Nadirovun hüquqi nümayəndəsi Habil Vəliyev də açıqlamasında O.Nadirovun hazırda evində olduğunu qeyd edib:
"Orxan hazırda evindədir, öz işləri ilə məşğuldur, mən də onun hüquqi nümayəndəsiyəm. Orxan niyə həbs olunmalıdır ki? Tamamilə əsassız məlumatdır".
Qeyd edək ki, bu gün KİV-də Orxan Nadirovun həbs olunduğu haqda xəbərlər yayılıb.
Mənbə:> Ölkə.az