Bakıda taciklər oğurluq başında yaxalandılar » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Bakıda taciklər oğurluq başında yaxalandılar – VİDEO

Bakıda taciklər oğurluq başında yaxalandılar

“Biz 1997-ci ildən Bakıda yaşayırıq”.

Bakıda ticarət obyektlərində və ictimai nəqliyyatda cibgirlik edən əcnəbilər ifşa edilib.

AzNews.info-nun Xəzər xəbər-ə istinadən məlumatına görə, Tacikistan vətəndaşları olan iki nəfəri Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıblar.

Tacikistan vətəndaşları - 54 yaşlı Şavan Bəşirov və onun həmyaşıdı Konistantin Qneuşevi Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları iş başında saxlayıblar. Daha doğrusu, adıçəkilən şəxslər avtobusda bir qadının çantasından içində pul və bankomat kartı olan portmanatı cibgirlik yolu ilə götürərkən tutulublar.

Dindirmə zamanı onlar 1997-ci ildən Bakıda yaşadıqlarını deyiblər. Onlar 20, 44 və 55 saylı xətlər üzrə hərəkət edən avtobuslarda birgə cibgirliklə məşğul olduqlarını etraf ediblər.

Polis onları idarəyə gətirərkən hər iki şəxsin üzərindən narkotik maddə olan heroin də aşkar edib.

Qeyd edək ki, əvvəllər hər iki şəxs cinayət məcəlləsinin müxtəlif maddələri ilə 5 dəfə həbs edilib. Bu faktlara görə hər iki şəxs barəsində cinayət işi başlanıb, cibgirlikdən zərərçəkmişlərin sayı dəqiqləşdirilir.


Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *