Rusiyada öldürülən azərbaycanlı biznesmenlə bağlı TƏFƏRRÜATLAR » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Dünya

Rusiyada öldürülən azərbaycanlı biznesmenlə bağlı TƏFƏRRÜATLAR

Rusiyada öldürülən azərbaycanlı biznesmenlə bağlı TƏFƏRRÜATLAR


Rusiyanın Volqoqrad vilayətində iş adamı Zülfüqar Əsədovun qətlinin istintaqı yekunlaşıb və qətlin bir sıra təfərüatları ortaya çıxıb.

AzNews.info ANS PRESS-ə istinadən xəbər görə, 2015-ci ilin sentyabr ayının 26-da iş adamı Z. Əsədovu qətlə yetirən şəxslər barədə ittiham aktını prokuror təsdiq edib.

Məlumata görə, sui-qəsd Əsədova edilən hücumlardan sayca üçüncüsüdür. Onun qətlə yetirilməsi biznesmenə qarşı 18 iyun 2014-cü ildə törədilmiş sui-qəsdlə əlaqəlidir. 2014-cü ildə iş adamına qarşı törədilən sui-qəsd hadisəsı zamanı 4 nəfər ittiham edilərək onlar barəsində həbs-qətimkan tədbiri seçilmişdi. Həmin şəxslərdən 2 nəfəri doğma qardaş və biznesmenin sürücüsü idi. Onu qətlə yetirən şəxs isə həmin sui-qəsdi törədənlərdən birinin əmisi oğlu olub.

İstintaqın versiyasına görə, həmin əmioğlu öz dostuna Zülfüqar Əsədovu qətlə yetirməyi təklif edib. Buna səbəb isə həmin şəxsin qohumunun həbsdə olması olub. Qətl hadisəsi qisas məqəsdi ilə törədilib.

Hadisənin başvermə formasına gəlincə, istintaqın məlumatına görə, qətli törədən iki nəfər əvvəlcə “VAZ” markalı avtomobil kirayələyiblər və maşına oğurluq nömrə taxıblar. Daha sonra biznesmenin evinn qarşısına gələrək ona 9 dəfə atəş açıblar və ərazidən uzaqlaşıblar.

Təqsirli bilinən şəxslər barəsində ittihamnamə təsdiq edilsə də məhkəmənin vaxtı hələlik məlum deyil. Məsələ ilə bağlı ittiham edilənlər və onların hüquq-müdafiəçiləri tərəfindən heç bir şərh verilməyib.

Qətl hadisəsi ötən ilin sentyabrın 26-da gecə qeydə alınıb. Gecə saatlarında azərbaycanlı biznesmen Zülfüqar Əsədova evinin yaxınlığında - 32 saylı binanın qarşısında avtomobilində olarkən atəş açılıb. O, çoxsaylı güllə yarası ilə ağır vəziyyətdə xəstəxanaya aparılsa da, yolda özünə gəlmədən keçinib. Əsədov hadisə vaxtı avtomobilində tək olmayıb. Onun mühafizəçisi də yanında olub. Amma o sağ qalıb. Güllələnən həmyerlimizin Volqoqradda topdan satış ticarət mərkəzində bir neçə ticarət məntəqəsinin sahibi olduğu bildirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *