Məşhur futbolçu Maşallah Əhmədov saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, İdman, Futbol

Məşhur futbolçu Maşallah Əhmədov saxlanıldı

Məşhur futbolçu Maşallah Əhmədov saxlanıldı


Azərbaycanın məşhur futbolçusu Maşallah Əhmədov saxlanılıb.

AzNews.info xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, M. Əhmədov dələduzluqda təqsirləndirilir.

Onunla bağlı idarəyə şikayət daxil olub və daxil olan şikayət əsasında polis araşdırmalara başlayıb.

Xatırladaq ki, Maşallah Əhmədov Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

M. Əhmədovun saxlanması barədə ilk xəbəri “Bizimyol.info” saytı yayıb.

Veteran futbolçuya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb. O, 72 min manatlıq dələduzluqda ittiham olunur.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *