Eldar Mahmudovun qohumu da vəzifəsini itirdi
Bu gün işdən çıxarılan MTN generalları arasında keçmiş nazir Eldar Mahmudovun qohumu da var.
“Qafqazinfo” xəbər verir ki, milli təhlükəsizlik nazirinin birinci müavini Mədət Quliyevin əmri ilə general-moyor Vüqar Zülfüqar oğlu Allahquliyev MTN-nin hərbi hissəsinin komandiri vəzifəsindən azad edilib. V. Allahquliyev eks-nazir Eldar Mahmudovun ikinci həyat yoldaşının dayısı nəvəsidir.
Allahquliyev Azərbaycanda ən gənc generaldır. 36 yaşlı V. Allahquliyevə bu ilin mart ayında General-mayor ali hərbi rütbəsi verilib. 2007-ci ildə o prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə də təltif olunub.
Mənbə:> Qafqazinfo.az