Eldar Mahmudovun yaxın qohumu saxlanıldı
Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumlarının da işində yoxlama aparılır.
Artıq sabiq nazirin yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov saxlanılıb.
Redaksiyamıza daxil olan məlumata görə, Eldar Mahmudov qohumu Beytulla Hüseynovun əli ilə ölkədə telefon danışıqlarını rahat şəkildə dinləyə bilirmiş. Bu kimi səbəblərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün təxminən saat 18:00 radələrində Beytulla Hüseynovu saxlayıblar. Onun tutduğu vəzifəsindən azad ediləcəyi gözlənilir.
Qeyd edək ki, Beytulla Hüseynovun rəhbərlik etdiyi qurumda yoxlamaların aparıldığı və onun saxlanılma ehtimalının olması ilə bağlı məlumatları da ilk dəfə musavat.com ölkə ictimaiyyətinə çatdırıb.
Mənbə:> Musavat.com