Bakıda qız atalığı tərəfindən zorlandı
Bakıda 18 yaşlı qız atalığı tərəfindən zorlanıb. Bu haqda zərərçəkmiş qızın özü polisə məlumat verib.
AzNews.info xəbər verir ki, Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində baş verib.
Rayonun S.Əhmədov küçəsində yaşayan 1997-ci il təvəllüdlü Nahidə Quliyeva (ad şərtidir) polisə müraciət edərək, eyni evdə yaşadığı atalığı tərəfindən cinsi zorakılığa məruz qaldığını bildirib.
O, bildirib ki, onunla eyni evdə yaşayan atalığı 1967-ci il təvəllüdlü Yalçın Quliyev (ad şərtidir) ona qarşı zorakılıqla əxlaqsız hərəkətlər edib.
Şikayətlə bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Musavat.com