Ziya Məmmədovun işçiləri prezident fərmanına qarşı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Ziya Məmmədovun işçiləri prezident fərmanına qarşı – VİDEO

Ziya Məmmədovun işçiləri prezident fərmanına qarşı

Nəqliyyat Nazirliyi Nəqliyyat Departamentinin əməkdaşları dünən Müşfiqabad qəsəbəsinə gedən yolda yük maşınlarını saxlayıb və sürücülərdən pul tələb ediblər.

Virtualaz.org saytı hadisə şahidlərinə istinadən xəbər verir ki, sürücülərdən biri nəqliyyat müfəttişlərinə pul verməkdən imtina edib.

Sürücü bunu müfəttişlərin onu saxlamağa səlahiyyətinin olmaması ilə əsaslandırıb. Əlavə edib ki, son dəyişiklikdən xəbəri var və onu yalnız yol polisi əməkdaşları saxlaya bilər.

Bunun cavabında nəqliyyat müfəttişləri sürücüdən kobud şəkildə “ağzını yummağı” və pul verməyi tələb ediblər. Lakin sürücü inad göstərib və Nəqliyyat Nazirliyinin reketlərinə pul verməyib.

Xatırladaq ki, prezident İlham Əliyevin 14 oktyabr, 2015-ci il tarixli fərmanı ilə Nəqliyyat Nazirliyinin səlahiyyətlərinin bir hissəsi (məsələn, yük və taksi maşınlarının yoxlanması, onların lisenziyasının olub-olmaması və s.) ondan alınaraq Dövlət Yol Polisinə verilib.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *