Bakıda dustaq məhkəmə zalından qaçdı
Bakıda rayon məhkəmələrinin birində dustaq proses zamanı məhkəmə zalından qaçıb.
AzNews.info xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayon məhkəməsində olub.
Sentyabrın 14-də hakim Süleyman Ağayevin sədrliyi ilə keçirilən prosesdə Bakı İstintaq Təcridxanasından gətirilən gənc dustaq Penitensiar Xidmətin əməkdaşlarının əlindən qaçıb.
Sabunçu rayon məhkəməsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, məhkəmə zalından qaçan dustaq binanın həyətində tutulub.
Penitensiar Xidmət rəhbərliyi hadisə barədə məlumatlandırılıb. Buna görə də xidmətin əməkdaşı Həsən adlı şəxsə töhmət verilib.
Mənbə:> Qafqazinfo.az