Salyanda ağrılara dözə bilməyən kişi özünü asdı
Salyanda intihar baş verib.
AzNews.info ANS-ə istinadən xəbər verir ki, Təzəkənd kənd sakini 1966-cı il təvəllüdlü Azər Əlisahib oğlu Vəliyev bu gün günorta saatlarında özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Hadisəyə ilkin ehtimal 49 yaşlı kişinin qara ciyər sirrozundan əziyyət çəkməsi, və ağrılara dözə bilməməsi göstərilir.
Hazırda intihar baş verən ərazidə hüquq mühafizə və prokurorluq əməkdaşları araşdırma aparır.
Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, dünən də oxşar intihar hadisəsi Neftçalada qeydə alınmışdı. Rayonun Xol Qarabucaq kənd sakini, 1934-cü il təvəllüdlü Tahir Məmmədqulu oğlu Səmədov özünü yaşadığı evinhəyətində asmışdı.
81 yaşlı kişinin intihar etməsinə ilkin ehtimal onun prostat xərçəngindən əziyyət çəkməsi göstərilirdi.
Mənbə:> ANSPRESS