Rusiya azərbaycanlı cinayətkarı Türkiyəyə təhvil verdi
Türkiyə məhkəməsindən qaçaraq, Rusiyanın Yuqra diyarının Koqalım şəhərində gizlənən Azərbaycan vətəndaşı tapılıb, Oxu.Az bu barədə Ruisya KİV-nə istiandən xəbər verir.
Türkiyənin hüquq-mühafizə orqanları qətl törətmiş bu şəxsi İnterpol xətti ilə axtarırdılar.
Türkiyə məhkəməsi kişinin həbs edilməsi barədə sanksiya təqdim edib və onu beynəlxalq axtarışa verib.
Nəticədə onu Koqalım polisləri saxlayıb və həbs ediblər.
Baş prokurorluq kişini mühakimə edilməsi üçün Türkiyənin müvafiq orqanlarına təhvil veriblər.
Qərar qüvvəyə minib.
Mənbə:> Oxu.Az