Morqan Frimenin nəvəsini öldürdülər
Amerikanın Nyu-York şəhərində bazar günü avqustun 16-da aktyor Morqan Frimenin nəvəsi öldürülb. Associated Press bildirib ki, 33 yaşlı İden Haynsa (Edena Hines) hücum Manhettendə baş verib.
Oxu.Az xəbər verir ki, kişi Hollivud aktyorunun nəvəsini onun bədəninə girmiş iblisi qovmaq üçün öldürüb.
Özünəməxsus ekzorsizm ayini barədə şahidlərdən biri – 65 yaşlı Corc Hadako (George Hudacko) danışıb, The New York Daily News bildirib.
Onun sözlərinə görə, kişi 33 yaşlı İden Haynsa “Rədd ol İblis, mən səni qovuram!” sözləri ilə hücum edib.
Bundan sonra o, qadına bir neçə bıçaq zərbəsi vurub. “Qadının qışqırıqlarını eşidib 911 xidmətinə zəng etdim”, - Hadakonun sözlərindən Mirror sitat gətirir.
İdena Haynsa hücum Nyu-York şəhərində bazar günü avqustun 16-da saat 03:00 radələrində baş verib. Qadın Harlemin xəstəxanalarından birinə gətirilib, həmin xəstəxanada aldığı yaralardan dünyasını dəyişib.
Hüquq –mühafizə orqanlarının əməkdaşları 30 yaşlı kişini saxlayıblar. Onu məhkəmə-psixatrik ekspertizanın keçirilməsi üçün tibb mərkəzinə gətiriblər.
“Dünya heç bir zaman onun istedadından, onun nə qədər çox şey təklif edə biləcəyindən xəbər tutmayacaq. Allah rəhmət eləsin”, - Frimenin bəyanatında deyilir.
Hayns Frimenin qan qohumu deyildi, o, aktyorun 1967-1979-cu illərdə nikahda olduğu birinci arvadı Canett Bredşounun (Jeannette Bradshaw) nəvəsi idi.
Mənbə:> Oxu.Az