Sadaxlıda Ermənistan vətəndaşı saxlanılıb
Gürcüstanın DİN və Maliyyə Nazirliyi əməkdaşları Sadaxlı gömrüyündə Ermənistan vətəndaşını saxlayıblar.
Frunzik adlı, 1947-ci il təvəllüdlü erməni mövcud qaydalarını pozmaqla sərhəddən odlu silah keçirməkdə suçlanır.
Təhqiqat müəyyən edib ki, saxlanılan Ermənistan vətəndaşı məntəqədən Gürcüstana “Valter” sistemli odlu silah və 10 döyüş patronu keçirib. Hüquq mühafizəçiləri silahı onun avtomobilinin salonundan götürüblər.
Saxlanılan erməni günahını etiraf edib. Təhqiqat davam edir
Mənbə:> Olke.az